AZ

ƏDV ödəyicilərinin sayı artıb

2025-ci il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min, aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 55,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.

Yenisabah.az  Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 12,5 faiz artıb pizza hut

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 21.630 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 589 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 10,4 faiz artaraq 5.999 olub.


Telegram kanalımız
Seçilən
33
6
yenisabah.az

10Mənbələr