AZ

Azərbaycanla Qazaxıstan arasında yükdaşımalar, aviadaşımalar və gəmiqayırma sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı, 6 avqust, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat (RİNN) naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Seçilən
49
15
azertag.az

10Mənbələr