AZ

Rəşad Nəbiyev Qazaxıstan rəsmiləri ilə nəqliyyat əməkdaşlığını müzakirə etdi

Nazir Rəşad Nəbiyev Qazaxıstan Prezidentinin müşaviri və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri ilə görüşüb

Avtosfer.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb. 

Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
 

Seçilən
27
15
avtosfer.az

10Mənbələr