BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüşün keçirilməsi Rusiya və Ukraynanın mövqelərinin yaxınlaşmasından asılı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Ukrayna üzrə danışıqların müəyyən mərhələsində atəşkəs elan edilməlidir.
"Hansısa bir məqamda atəşkəs bu prosesin bir hissəsinə çevrilməlidir, çünki bir-birinizə atəş açdığınız zaman yekun sülh sazişinin detalları barədə danışıqlar aparmaq çətindir", - ABŞ Dövlət katibi söyləyib.