AZ

Yasamalda quldurluq edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb.Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
51
9
metbuat.az

10Mənbələr