AZ

Yasamalda quldurluq edən şəxs saxlanılıb

Bakı, 7 avqust, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Seçilən
14
9
azertag.az

10Mənbələr