AZ

ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır

BAKI, 7 avqust. TELEQRAF

Zəngəzur dəhlizi açılacaq və Tramp marşrutu adlanacaq ​

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

Jurnalistin sözlərinə görəABŞ ilə Ermənistan Respublikası sazişə görə Zəngəzur dəhlizi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlandırılacaq: "Bu layihə Ermənistanın cənub hissəsindən keçən bir marşrutun inşasını nəzərdə tutur. Sözügedən marşrut Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz kommersiya çıxışı təmin edəcək".

A, Raufoğlu ABŞ-ın Ermənistana qonşun göndərməyəcəyini də qeyd edib: "ABŞ bu marşruta qoşun göndərməyəcək, lakin onun təhlükəsiz istismarı üçün məsuliyyəti öz üzərinə götürəcək və bu məqsədlə birinci dərəcəli operatorlarla kommersiya razılaşmaları bağlayacaq".

Seçilən
91
2
teleqraf.com

3Mənbələr