AZ

ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizi açılacaq və Tramp marşrutu adlanacaq.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

Jurnalistin sözlərinə görə ABŞ ilə Ermənistan Respublikası sazişə görə Zəngəzur dəhlizi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlandırılacaq: "Bu layihə Ermənistanın cənub hissəsindən keçən bir marşrutun inşasını nəzərdə tutur. Sözügedən marşrut Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz kommersiya çıxışı təmin edəcək".

A.Raufoğlu ABŞ-nin Ermənistana qonşun göndərməyəcəyini də qeyd edib: "ABŞ bu marşruta qoşun göndərməyəcək, lakin onun təhlükəsiz istismarı üçün məsuliyyəti öz üzərinə götürəcək və bu məqsədlə birinci dərəcəli operatorlarla kommersiya razılaşmaları bağlayacaq"./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
2
icma.az

3Mənbələr