BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir.
Azərbaycan həbsxanalarındakı məhbusların az qala yarısı narkotik ittihamı ilə həbs olunub, yeni hesabatda deyilir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Şərqi Avropa ölkələri və Qafqazda məhbusların sıxlığına görə birinci yeri Türkiyə, ikinci yeri isə Azərbaycan tutur - bu, Avropa Şurasının həbsxanalarla bağlı hesabatındandır.
Avropa Şurasının İllik Cəza Statistikası – SPACE I adlı hesabatda deyilir ki, Azərbaycan əhalisinin təxminən 27 min nəfəri həbsdədir, onlardan 45 faizi narkotiklə əlaqədar həbs olunub. Yəni, 12 min nəfərdən çox şəxs narkotik ittihamı ilə həbsdədir. Azərbaycan bu göstəriciylə Avropa lideridir.
Hesabata görə, ifrat sıxlıq oradakı şəraitin ağırlaşmasına səbəb olur.
On üç həbsxana rəhbərliyi 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər məhbus sayında əhəmiyyətli artım olduğunu bildirib.
Məsələn, Azərbaycan həbsxanalarında bu artım 8 faizdən yuxarı olub.
Bu hesabatı hazırlayan araşdırma qrupunun rəhbəri, Lozan Universitetinin professoru Marcelo Aebi bildirir ki, "ifrat sıxlıq məhbusların yaşayış şəraitini və həbsxana rəhbərliyinin reabilitasiya səylərini ciddi şəkildə pozur".
Hesabatda Avropa İttifaqı üzvü olan ölkələrin də adı var - Polşa, Macarıstan, Çexiya, Slovakiya və digərləri də var. Gürcüstan bu siyahıda 3-cü yerdədir.
Video açılmasa, Youtube kanalımızda izləyin.