AZ

Gənclər niyə YADDAŞSIZLAŞIB?

Yaş artdıqca yaddaşın zəifləməsi normal qəbul edilir. Müasir dövrdə isə gənclər kütləvi şəkildə yaddaşsızlıqdan şikayət edirlər. Onlar yaxın və uzaq keçmişi tez unudur, bəzən bir saat öncə əlindəki əşyanı hara qoyduğu haqqında saatlarla fikirləşirlər.

Bəziləri bunu qida və ya şəxsin keçirdiyi xəstəliklər, virus infeksiyaları, bəziləri isə gündəlik qayğılar, stress və ruh halına bağlayırlar.

Bəs bunlar təsdiqini tapıbmı?

Mövzuya münasibət bildirən psixoloq Aygün Ağabalayeva Bizim.Media-ya deyib ki, əsas faktor stressdir:
 

“Əvvəllər unutqanlığı yaşla əlaqələndirirdilərsə, indi bu, gənclərimizdə geniş müşahidə olunur. Burada təsdiqlənmiş faktor çoxdur. Əsas faktorlardan biri gənclərimizin müasir həyat tərzi, texnologiya, kompüter, telefon asılılığı, xroniki stress, yuxu rejiminin pozuntusudur.


Yəni bunlar hamısı yaddaşın pozulmasına yol açır.

Stress adlı xəstəlik olmasa da əsəb xəstəliklərinin kökündə stress durur. Gənclərimizin telefondan, sosial şəbəkələrdən asılılığı əsas səbəblərdən biridir”.

O, qidalanmanın da rol oynadığını qeyd edib:
 

“Gənclər daha çox “fast food”dan istifadə edir. Vitaminlə zəngin qidalardan istifadə etmirlər, vitamin çatışmazlığı da yaddaş zəifləməsinə səbəb olur.


Əgər əvvəllər nəyisə yadda saxlamağa çalışırdıqsa, indi gənclər nəsə lazım olanda dərhal, rahat şəkildə əldə edirlər.
 

Artıq düşünməyə vaxt sərf etmirlər. Yuxu pozuntusuna, unutqanlığa yol açan səbəblərə isə əhval-ruhiyyə pozuntusu, emosional gərginlik və depressiv vəziyyət daxildir.


Nə qədər gərgin həyat tərzimiz olsa da, özümüzə vaxt ayırmağa çalışmalıyıq.
 

Təmiz havada gəzmək, idman eləmək və əsasən yuxu rejimimizi normaya salmağa çalışmalıyıq. Stress qaçılmazdır, stressi yaradan hadisə deyil, bizim o hadisəyə yanaşmamızdır.


Özümüzə vaxt ayıraraq, gün ərzində 10-15 dəqiqə sevdiyimiz məşğuliyyətlə məşğul olmalıyıq ki, gərginikdən, monotonluqdan çıxa bilək. Yəni sevmədiyimiz insanlardan, işlərdən mümkün qədər uzaq olmağa can atmalıyıq”.

Günay Şahmar, Bizim.Media

Seçilən
48
28
bizim.media

10Mənbələr