AZ

“Sabah” “Levski”yə səfərdə məğlub oldu

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya) kollektivi ilə mübarizə aparır.

Sözügedən komandaların pley-offa vəsiqə uğrunda ilk görüşü Sofiya şəhərində baş tutub. Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib.

Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşün əsas vaxtında hesab açılmayıb. Bolqarıstan təmsilçisi yalnız matça əlavə olunmuş 8-ci dəqiqənin sonlarında istəyinə çatıb. Beləcə, səfərdə minimal hesabla uduzmuş “Sabah” şansını bir həftə sonra Bakıdakı cavab görüşündə dəyərləndirməyə çalışacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
7 avqust

“Levski” – “Sabah” 1:0
Qol: Borislav Rupanov, 90+8.
Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç (Xorvatiya)
Sofiya. “Georgi Asparuxov” stadionu. Saat 22:00.

Levski: 92. Svetoslav Vutsov, 3. Maykon, 4. Kristian Makun, 10. Asen Mitkov, 12. Mustafa Sanqare, 17. Everton Bala, 18. Qasper Trdin, 21. Aldair Neves, 50. Kristian Dimitrov, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov.
Ehtiyat oyunçular: 1. Oqnian Vladimirov, 78. Martin Lukov, 6. Venderson Tsunami, 7. Fabio Lima, 8. Karlos Ohene, 22. Mazire Soula, 23. Patrik Misloviç, 37. Rildo, 71. Oliver Kamdem, 77. Borislav Rupanov, 95. Karl Fabien.
Baş məşqçi: Xulio Velaskes.

Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letiç, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

Seçilən
79
1
arena.az

5Mənbələr