AZ

“Sabah” “Levski”yə doğma meydanda da uduzdu

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya) kollektivi ilə mübarizə aparıb.

Sözügedən komandaların pley-offa vəsiqə uğrunda ilk görüşü Sofiya şəhərində baş tutmuşdu və Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşmışdı – 0:1. Bu üzdən də “Sabah”a mərhələ adlamaq cavab görüşündə mütləq inamlı hesabla qalib gəlmək lazım idi. Lakin təəssüf ki, təmsilçimizin bu arzusu gerçəkləşməyib. Masazırda baş tutmuş və ukraynalı hakimlərin idarə etdiyi görüşün yekununda Azərbaycan təmsilçisi növbəti dəfə məğlubiyyətə üzülüb. Beləcə, cavab oyununda inamlı qələbə qazanmış “Levski” pley-offa yüksəldiyi halda “Sabah” avrokuboklarla vidalaşıb.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
14 avqust

“Sabah” – “Levski” 0:2
Qollar: Radoslav Kirilov, 40. Mazire Soula, 87.
Hakimlər: Mikola Balakin, Aleksandr Berkut, Viktor Matyaş, Vitali Romanov.
VAR: Aleksey Derevinski.
AVAR: Klim Zabroda (Hakimlər briqadası Ukraynadandır).
“Masazır Arena”. Saat 20:00.

Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letiç, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

Levski: 92. Svetoslav Vutsov, 3. Maykon, 4. Kristian Makun, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 21. Aldair Neves, 50. Kristian Dimitrov, 77. Borislav Rupanov, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov.
Ehtiyat oyunçular: 1. Oqnian Vladimirov, 78. Martin Lukov, 6. Venderson Tsunami, 7. Fabio Lima, 8. Karlos Ohene, 22. Mazire Soula, 23. Patrik Misloviç, 37. Rildo, 39, Stivan Stoyançov, 71. Oliver Kamdem, 95. Karl Fabien.
Baş məşqçi: Xulio Velaskes.

Seçilən
3
3
arena.az

5Mənbələr