AZ

Rusiya ordusu Xarkov şəhərinə zərbələr endirib

Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Hafta.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov elan edib. Onun sözlərinə görə, hücum nəticəsində şəhər ərazisində bir mülki müəssisədə yanğın baş verib. Zərərçəkənlər və dağıntıların miqyası barədə hələlik məlumat yoxdur.

Eyni zamanda, Ukrayna ordusunun məlumatına görə, hazırda Ukraynanın müxtəlif şəhərlərinə dron hücumları həyata keçirilir.

Seçilən
29
48
hafta.az

10Mənbələr