AZ

“Real”ın sabiq hücumçusu bir il sonra özünə yeni klub tapıb

İspaniyanın “Real” klubunun sabiq hücumçusu Mariano Dias bir il futbolsuz qaldıqdan sonra özünə yeni komanda tapıb.

Bakues.az xəbər verir ki, Madrid təmsilçisinin yetirməsi “Alaves”ə keçib.

Bask təmsilçisi 32 yaşlı forvardı azad agent kimi heyətinə qatıb.

Qeyd edək ki, Mariano Dias son olaraq 2023/2024 mövsümündə “Sevilya”nın formasını geyinib. O, 20216/2017 mövsümündə və 2018-2023-cü illər aralığında “Real”da çıxış edib.

Seçilən
131
1
icma.az

3Mənbələr