AZ

Dias yeni komanda tapdı

İspaniyanın "Real" klubunun sabiq hücumçusu Mariano Dias bir il futbolsuz qaldıqdan sonra özünə yeni komanda tapıb.

 

Sfera.az-ın məlumatına görə, Madrid təmsilçisinin yetirməsi "Alaves"ə keçib.

 

Bask təmsilçisi 32 yaşlı forvardı azad agent kimi heyətinə qatıb.

 

Qeyd edək ki, Mariano Dias son olaraq 2023/2024 mövsümündə "Sevilya"nın formasını geyinib. O, 2016/2017 mövsümündə və 2018-2023-cü illər aralığında "Real"da çıxış edib.

Seçilən
138
1
sfera.az

3Mənbələr