AZ

Metronun “20 Yanvar” stansiyasında doğulan körpəyə XÜSUSİ HƏDİYYƏ olacaq

Metronun “20 Yanvar” stansiyasında doğuş edən ananın və körpənin vəziyyəti açıqlanıb.

Bu barədə Editor.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ana və körpənin vəziyyəti stabildir:

“Avqustun 8-i saat 07:40-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2.200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir”.

“Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi hədiyyəsi olacaq”.

Bunu Editor.az açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, hədiyyənin nə olacağını demək üçün hələ tezdir.

Qeyd edək ki, “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpənin gələcəkdə gediş haqqının ödənişsiz olması ilə bağlı təkliflər səsləndirilib.

Bu gün metronun “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, hadisə saat 07:40-da baş verib:

“Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar”.

Seçilən
31
9
editor.az

10Mənbələr