AZ

Metroda doğulan körpəyə XÜSUSİ HƏDİYYƏ

Yazını böyüt
Yazını kiçilt

Metronun "20 Yanvar" stansiyasında doğuş edən ananın və körpənin vəziyyəti açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ana və körpənin vəziyyəti stabildir:

"Avqustun 8-i saat 07:40-da Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub. Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2.200 qram olan oğlan uşağı dünyaya gəlib. Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir".

Seçilən
15
9
hafta.az

10Mənbələr