Niderlandın ən böyük maliyyə qrupu ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırıb.
"APA-Economics" xəbər verir ki, “ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin üçüncü rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,00%-ə müəyyən edib. Maliyyə qrupu hesab edir ki, AMB 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsini 7,25%-ə, dördüncündə isə 7,75%-ə qaldıracaq. Bankın analitiklərinə görə, Mərkəzi Bank 2027-ci ildə uçot dərəcəsini kəskin artıracaq və hətta 10,25% səviyyəsinə çatdıracaq.
Qeyd edək ki, ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayan Mərkəzi Bank bu ilin iyulun ayının 23-də onu 0,25% bəndi azaldaraq 7,00%-ə endirib.