AZ

ING: Azərbaycan Mərkəzi Bankı qarşıdakı bir ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ən böyük maliyyə qrupu ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırıb.

“ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin üçüncü rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,00%-ə müəyyən edib. Maliyyə qrupu hesab edir ki, AMB 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsini 7,25%-ə, dördüncündə isə 7,75%-ə qaldıracaq. Bankın analitiklərinə görə, Mərkəzi Bank 2027-ci ildə uçot dərəcəsini kəskin artıracaq və hətta 10,25% səviyyəsinə çatdıracaq.

Qeyd edək ki, ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayan Mərkəzi Bank bu ilin iyulun ayının 23-də onu 0,25% bəndi azaldaraq 7,00%-ə endirib.

Seçilən
7
2
banker.az

3Mənbələr