AZ

Bu şəxslər EHTİYATLI OLSUNLAR!

Yer kürəsində son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir. O, bu gün başlayacaq.
Avqustun 5-də Günəşdə sondan əvvəlki güc sinfinə (M4,4) məxsus partlayış olub. 
Eyni zamanda plazma emissiyası baş verib, lakin bulud planetimizə doğru deyil, təxminən 45 dərəcə bucaq altında yana doğru yönəlib. Alimlər bu hadisənin planetimiz üçün təhlükə yaratmadığı qənaətinə gəliblər. Bununla belə, yenilənmiş məlumatlara görə, Yer üçün geomaqnit nəticələri gözləniləndən qat-qat güclü olacaq.
 Belə ki, Yer buludun yüksəksürətli nüvəsindən təsirlənəcək. Bunun nəticəsində maqnit sahəsinə güclü zərbə dəyəcək.

Proqnozlara görə, Kp geomaqnit indeksi (geomaqnit aktivliyini xarakterizə edən göstərici) 6-ya yüksələcək. Bu, iyunun 13-dən bəri müşahidə olunmayıb.

Belə miqyaslı hadisələr güc baxımından orta hesab olunur. Lakin onlar enerji sistemlərinə, kosmik aparatların işinə və radio dalğalarının yayılmasına təsir göstərə bilir.

Geomaqnit vəziyyətinin pisləşməsi cümə gecəsi Yerin böyük tac dəliyinin təsir zonasına daxil olduğu vaxt başlayacaq. Ümumilikdə, Günəşdəki vəziyyət mürəkkəb kimi qiymətləndirilir - cəmi bir gündə avqustun 6-da 18 partlayış baş verib. 

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov bu günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az

Seçilən
7
4
news365.az

10Mənbələr