AZ

Donnarumma PSJ-dən ayrıla bilər

PSJ-nin italiyalı qapıçısı Canluici Donnarumma yay transfer pəncərəsi bağlanana qədər klubunu dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Football-Italia” məlumat yayıb.

Qeyd edilib ki, 26 yaşlı qolkiperə London “Çelsi”si, Münhen “Bayern”i və “Mançester Siti” maraq göstərir.

Onun bazar dəyəri təxminən 40 milyon avro təşkil edir.

Donnarumma 2021-ci ilin yayından Paris klubunda çıxış edir və hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Seçilən
30
33
operativmm.az

10Mənbələr