BAKI, 9 avqust. TELEQRAF
PSJ “Lill”dən qapıçı Lyuki Şevalyeni transfer edib.
Teleqraf xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı fransalı qolkiperlə 2030-cu ilə qədər müqavilə imzalanıb. O, parislilərin heyətində 30 nömrə altında çıxış edəcək. Gənc qolkiperin PSJ-yə 40 milyon avroya başa gəldiyi iddia olunur.
Qeyd edək ki, məşhur qapıçı Canluici Donnarumma da PSJ-də çıxış edir. Paris klubunun yaxın günlərdə italiyalı qapıçını satacağı barədə də xəbərlər dolaşır.