BAKI, 11 avqust. TELEQRAF
İngiltərə Premyer Liqasının iki klubu PSJ-nin qapıçısı Canluici Donnarummanın transferində maraqlıdır.
Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” potensial transfer ehtimalını qiymətləndirmək üçün italiyalı qolkiperlə əlaqə yaradıblar.
Donnarumma avqustun 13-də "Tottenhem"lə keçiriləcək UEFA Superkuboku üçün PSJ-nin heyətindən kənarlaşdırılıb. Qapıçı karyerasını Premyer Liqada davam etdirməkdə maraqlıdır və Fransa klubundan ayrılmağa hazırdır.
Qeyd edək ki, avqustun 9-da PSJ "Lill"dən qapıçı Lyuka Şevalyeni transfer etdiyini açıqlayıb. Donnarummanın avqustun 31-dək klubu tərk edəcəyi gözlənilir. Əks halda o, 2025/2026 mövsümü üçün oyun praktikasından məhrum qalacaq. Parislilərin baş məşqçisi Luis Enrike bununla bağlı Donnarummaya xəbərdarlıq edib.