Demokrat.az xəbər verir ki, yeni təyin edilən müşavir Bəhruz Balayevdir.
O, 1983-cü ildə Lənkəranda anadan olub, 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Politologiya" ixtisası üzrə bakalavr dərəcəsində bitirib, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini "Hüquq" ixtisası üzrə magistr təhsili alıb, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb, 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı "Dövlət İdarəçiliyi" ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2014-cü ildə Prezident yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi əldə edib.
B.Balayev əmək fəaliyyətinə 2002-ci ildə Bakıda "Hyatt Hotels"də başlayıb, 2007-2012-ci illərdə Nyu-Yorkda "Hilton Hotels"də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda "Oxfam Internatıonal"ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb, 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik etmişdir.
O, AMB-də fəaliyyətə ötən il iyulun 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb.
Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

10Mənbələr
-
nocomment.azTaleh Kazımov özünə daha bir müşavir təyin etdi ( 20149602)
-
news24.azTaleh Kazımov onu özünə müşavir təyin etdi - FOTO ( 20137416)
-
demokrat.azTaleh Kazımov özünə daha bir müşavir təyin etdi — FOTO ( 20140719)
-
milli.azTaleh Kazımov özünə daha bir müşavir təyin etdi - FOTO ( 20139867)
-
ucnoqta.azAzərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib ( 20139678)
-
bakuinfo.netMərkəzi Bankda yüksək vəzifəyə TƏYİNAT - FOTO ( 20138898)
-
banco.azAzərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib ( 20138559)
-
publika.azMərkəzi Banka yeni müşavir təyin etdi ( 20138460)
-
referans.azTaleh Kazımov onu özünə müşavir təyin etdi ( 20138313)
-
moderator.azTaleh Kazımov onu özünə müşavir təyin etdi - FOTO ( 20138295)