AZ

Ölkədən 18,4 milyon dollarlıq mis məmulatları ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə, bu ilin yanvar-iyun ayılarında ölkədən 18,4 milyon ABŞ dolları dəyərində 2,4 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 25 faiz və ya təqribən 3,7 milyon dollar, həcm baxımından isə 15,2 faiz və ya 320,5 ton çoxdur.

Ümumilikdə cari ilin ilk altı ayında ölkədən dəyəri 1,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,9 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,19 faizə bərabər olub.

Seçilən
0
2
operativmedia.az

7Mənbələr