Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,5 dəfə artaraq 107,1 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Azərbaycandan Serbiyaya ixrac: 99,9 milyon dollar (+3,9 dəfə)
Serbiyadan Azərbaycana idxal: 7,2 milyon dollar (+39,2 faiz)
Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,44 faiz təşkil edib.