AZ

TƏBİB metroda dünyaya gəlmiş körpəyə dair məlumat yaydı


Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.

Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Əsmər İzzət qızı Məhərrəmova tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır. Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2 kiloqram 200 qram, boyu 47 santimetr, kişi cinslidir.

Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub. Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.

ZÜMRÜD

Seçilən
34
39
baki-xeber.com

10Mənbələr