AZ

Beş nəvəli nənə üçəm dünyaya gətirib

Ajans.az Tengrinews.kz-a istinadən verdiyi xəbərə görə, artıq 8 uşaq anası olan Orınkulun yeni doğulan oğlanları Aslan, Əlixan və Əlinurdir. Doğuş qeysəriyyə əməliyyatı ilə planlaşdırılıb. Həkimlərin verdiyi məlumata görə, həm ana, həm də körpələrin vəziyyəti stabildir və hamısı evə buraxılıb. Orınkul Şərdərə rayonunun Jauşikum kəndində yaşayır. Nənə artıq beş nəvəyə sahibdir və böyük ailənin indi 11 övladı var. Ailənin böyük qızı 26, ən kiçiyi isə 4 yaşındadır. Orınkul doğuşdan sonra bildirib:

“Əlbəttə, asan deyildi, xüsusən də mənim yaşımda. Amma körpələri görən kimi bütün qorxular getdi. Əsas odur ki, hamı sağ və salamatdır”.

Seçilən
0
32
Ajans.az

10Mənbələr