“Şamaxı”nın “Zirə”yə qarşı keçirəcəyi yoxlama oyununun məkanı və başlama saatı dəyişib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma sabah saat 20:45-də “Azərsun Arena”da start götürəcək.
Daha əvvəl oyunun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcəyi və 17:45-də başlayacağı açıqlanmışdı.