AZ

“Zirə” - “Şamaxı” matçının yeri və vaxtı dəyişdirildi

Premyer Liqada yeni mövsümə hazırlaşan “Zirə” ilə “Şamaxı”nın yoxlama oyununun saatında və məkanında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni məlumata görə, “Azərsun Arena”da baş tutacaq qarşılaşmaya sabah saat 20:45-də start veriləcək.

Xatırladaq ki, daha əvvəl matçın saat 17:45-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulmuşdu.

Seçilən
106
7
arena.az

8Mənbələr