AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

2025-ci ilin yanvar-iyulunda  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nda bildirilib.

2025-ci ilin yanvar-iyulunda yeyinti məhsulları 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.

Məlumata görə, 2025-ci ilin yanvar-iyulunda  ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.

Aytac

Seçilən
121
6
anews.az

10Mənbələr