AZ

Yevlaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, ötən gün saat 14 radələrində Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə etdiyi "Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Osmanov Asif Loğman oğlunun idarə etdiyi "Honda CVR” markalı avtomobillərin toqquşması nəticəsində "Honda” markalı avtomobildə olan sərnişin Xəlilova Xuraman Cəfərqulu qızı ölmüş, digər 2 nəfər sərnişinlər Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızının isə yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olmuşlar.

Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

///"Report"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
28
azxeber.com

10Mənbələr