AZ

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib: ÖLƏN VAR

Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az xəbər verir ki, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, ötən gün saat 14 radələrində həmin yolda 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.

Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər 2 nəfər sərnişinlər Xalid Soltanməcid oğlu Xəlilov və İlahə Sehran qızı Xəlilova isə yaralı vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Seçilən
105
28
icma.az

10Mənbələr