AZ

Azərbaycan və Ermənistan Vaşinqtonda tarix yazıblar - Natali Qule

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziriNikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın iştirakı iləVaşinqtonda tarix yazıblar.

Bunu Trend-əfransız senator Natali Qule deyib.

“Mən çox şadam ki, Prezident Trampın iştirakı ilə Prezidentİlham Əliyev və Baş nazir Paşinyan tarixi sazişə nail olublar.Fransada siyasətçilərin 99,99 faizi kor-koranə erməni lobbisininarxasınca getməsəydi, Fransa bu sülh prosesində həlledici roloynaya bilərdi”, – deyə o bildirib.

Qulenin sözlərinə görə, Parisin son dərəcə birtərəfli mövqeyionun danışıqlar prosesindən kənarlaşdırılması ilə nəticələnib.

“Ümidvaram ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləribərpa edəcək. Mən həmişə tarixin doğru tərəfində olduğum üçün qürurduyuram”, – senator vurğulayıb.

Məqalədə:
Seçilən
36
4
az.trend.az

5Mənbələr