AZ

Azərbaycan və Ermənistan Vaşinqtonda tarix yazıblar - Natali Qule

Bakı.TurkicWorld

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda tarix yazıblar.

Bunu TurkicWorld-ə fransız senator Natali Qule deyib.

"Mən çox şadam ki, Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Paşinyan tarixi sazişə nail olublar. Fransada siyasətçilərin 99,99 faizi kor-koranə erməni lobbisinin arxasınca getməsəydi, Fransa bu sülh prosesində həlledici rol oynaya bilərdi", – deyə o bildirib.

Qulenin sözlərinə görə, Parisin son dərəcə birtərəfli mövqeyi onun danışıqlar prosesindən kənarlaşdırılması ilə nəticələnib.

"Ümidvaram ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Mən həmişə tarixin doğru tərəfində olduğum üçün qürur duyuram", – senator vurğulayıb.

Seçilən
28
4
turkic.world

5Mənbələr