Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh bərqərar ediblər.
Aznews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bildirib.
"Bu gün baş verənlər tarixi hadisədir. Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində bərqərar olub", - o deyib.