“Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub”.
“Bu gün baş verənlər tarixi hadisədir. Artıq bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və sülhə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində nail olundu”, - deyə Paşinyan vurğulayıb.