AZ

Meşədə itkin düşən şəxs tapıldı - VİDEO

Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfər itkin düşüb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"

Seçilən
78
24
cebheinfo.az

10Mənbələr