AZ

FHN: Şabranda meşədə itən şəxs tapılıb

FHN:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonunun Zeyvə kəndində meşəlik ərazidə bir nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində 1987-ci il təvəllüdlü Zamin Səxavət oğlu Atakişiyev sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
77
24
1news.az

10Mənbələr