AZ

Ağstafada avtomobil təmir sexinə çırpıldı - FOTO

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ 2107” markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan “Mercedes” markalı avtomobilə ziyan dəyib. 

Qəza nəticəsində həmçinin sexdə usta kimi çalışan şəxs xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir. 

Faktla bağlı araşdırma başlanılıb.

 

 

 

Seçilən
81
3
avtosfer.az

9Mənbələr