AZ

Ağstafada AĞIR QƏZA - Yaralılar var

Ağstafa rayonunun Vurğun kəndində xəsarət alan şəxslərin kimliyi bilinib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, qəza zamanı 1996-cı il təvəllüdlü Təbriz İbrahimov və Qiyas Mehdizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

Xatırladaq ki, "VAZ 2107" markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan "Mercedes" markalı avtomaşına ziyan dəyib.

***

Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan "Mercedes" markalı maşına ziyan dəyib.

Qəza nəticəsində həmçinin təmir sexində usta kimi çalışan şəxs xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.


Seçilən
77
1
news24.az

9Mənbələr