Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanına üzvlüyü amilini, xüsusilə də respublika ərazisindən tranzit yükdaşımalarının təşkili ilə bağlı məsələlərdə nəzərə almaq vacibdir.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.
“Eləcə də, Ermənistanın İranla sərhədinin 30 sentyabr 1992-ci il tarixli dövlətlərarası sazişə əsasən yerləşdirilmiş rus sərhədçiləri tərəfindən qorunduğu faktını da görməzdən gəlmək olmaz”, - o əlavə edib.