Rusiya XİN-in rəsmi nümayəndə qeyd edib ki, iki Cənubi Qafqaz respublikası arasında sülhün təmin olunmasında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə sazişin imzalanması və qüvvəyə minməsi mühüm əhəmiyyət kəsb edəcək: "Hər iki ölkənin barışığı regional kontekstdə nəzərdən keçirilməli, maraqlar balansına və tərəflərin, həmçinin qonşu dövlətlərin prioritetlərinə şərtsiz hörmət əsasında qurulmalıdır".
Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.