AZ

Binəqədidə əməliyyat: saxlanılan var

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Axar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
68
18
axar.az

10Mənbələr