AZ

Binəqədidə oğurluq edən şəxs tutuldu

Ajans.az xəbər verir ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
65
18
Ajans.az

10Mənbələr