ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "Nvidia" şirkətinə Çinə H20 çiplərinin satışı üçün lisenziya verib.
Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.
"Nvidia" bu çip modelini xüsusi olaraq Çin bazarı üçün hazırlayıb.
Qeyd olunur ki, lisenziya verilməsi haqqında qərar çərşənbə günü "Nvidia"nın baş direktoru Censen Huanq və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra qəbul edilib.
ABŞ-nin bu addımı Pekin tərəfindən ticarət danışıqlarında xoş niyyət jesti kimi dəyərləndirilib. Çin üçün qabaqcıl yarımkeçirici texnologiyalara çıxış əsas prioritetlərdən biridir.