AZ

"Nvidia"nın Çin bazarına qayıdışı: ABŞ hökuməti çiplərə lisenziya verdi

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "Nvidia" şirkətinə Çinə H20 çiplərinin satışı üçün lisenziya verib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.

"Nvidia" bu çip modelini xüsusi olaraq Çin bazarı üçün hazırlayıb.

Qeyd olunur ki, lisenziya verilməsi haqqında qərar çərşənbə günü "Nvidia"nın baş direktoru Censen Huanq və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra qəbul edilib.

ABŞ-nin bu addımı Pekin tərəfindən ticarət danışıqlarında xoş niyyət jesti kimi dəyərləndirilib. Çin üçün qabaqcıl yarımkeçirici texnologiyalara çıxış əsas prioritetlərdən biridir.(oxu.az)

Seçilən
55
19
hakimiyyet.az

10Mənbələr