AĞDAM, 9 avqust. TELEQRAF
Ağdamda növbəti yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, quru ot və kol sahələrində baş verən yanğın rayonun Novruzlu kəndi ərazisində qeydə alınıb.
Yanğın baş verən əraziyə FHN-nin Ağdam və ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdir.