AZ

Ağdamda yanğın başlayıb

Ağdam rayonu ərazisində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Novruzlu kəndi ərazisində qeydə alınıb.

Yanğın kənd ərazisindəki quru ot və kol sahələrindən başlayaraq geniş ərazilərə yayılıb.  

Əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Seçilən
20
6
anews.az

10Mənbələr