Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkələri arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edirik.
Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) X hesabında paylaşım edilib.
“Donald Tramp və administrasiyasının fəal liderliyi və iştirakı sayəsində bu, sülhü, sabitliyi və rifahı təşviq edən növbəti mühüm nailiyyətə çevrildi”, – deyə bəyanatda qeyd olunub.